top
Bəhlul Mustafazadə: Arzu edərdim ki, İmişli öz ev oyunlarını doğma stadionunda oynasın Idman.biz
27 may 2025, 14:39
- ↺ +

Bəhlul Mustafazadə: "Arzu edərdim ki, "İmişli" öz ev oyunlarını doğma stadionunda oynasın"

"Şamaxı" çox yaxşı müdafiə olunurdu. Meydan amilinin də bir qədər təsiri oldu. Bununla belə, sona qədər mübarizə apardıq. Yekunda da istədiyimiz qolu vurub qalib gəldik. Mövsümü qələbə ilə başa vurduğumuz üçün sevinirik".

İdman.biz xəbər verir ki, Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə mövsümün son turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

"İkinci hissədə kapitanlıq sarğısını daşımağınız Qurban Qurbanovla aranızda hər hansı bir problem olmadığını göstərir?" sualına təcrübəli müdafiəçi belə cavab verib: "Əlbəttə, aramızda heç bir problem yoxdur. Kapitan olmağım da birinci dəfə deyil, Zubir meydandan çıxanda əksər hallarda sarğını mən taxmışam".

Mustafazadə qeyd edib ki, daha əvvəl çempionluğu təxmin etmələrinə baxmayaraq, son turlar meydana motivasiya ilə çıxıblar: "Kubokda finala çıxmasaydıq, son turlarda motivasiyamız olmazdı. Lakin bizi "Sabah"a qarşı həlledici oyun gözləyir. Ona görə son turlar əlimizdən gələni etdik ki, maksimum dərəcədə formamızı qoruyaq".

Kubokun finalı barədə danışarkən o bildirib ki, rəqib güclü olsa da, məqsəd yalnız kuboku qazanmaqdır.

"Qarabağ"ın müdafiəçisi yekunlaşan mövsümü komandası üçün belə dəyərləndirib: "Çempionatda uğurlu çıxış etdik. Təəssüf ki, eyni sözləri Avroliqada barədə deyə bilmirik. Bununla belə, bizim üçün yaxşı təcrübə oldu. Növbəti mövsüm səhvlərimizi aradan qaldırmağa çalışacağıq".

O, yeni mövsümün maraqlı keçəcəyini düşünür: "Komanda sayının artması çempionatımıza müsbət təsir göstərəcək".

İmişlidən olan Bəhlul Mustafazadə eyniadlı komandanın Premyer Liqaya yüksəlməsinə sevinir: "Həm "İmişli"nin, həm də "Qəbələ"nin Premyer Liqaya yüksəlməsinə görə çox şadam. Hər ikisi mənə doğma olan klublardır. Çox istərdim ki, "İmişli" ev oyunların doğma stadionda keçirsin. Belə olarsa, İmişli camaatı komandaya çox yaxşı dəstək verəcək. Digər tərəfdən, mən özüm də orada meydana çıxmaq istərdim".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Oxşar xəbərlər