top
Bədavi Hüseynov: Bəzən olur ki, böyük uğurlar məğlubiyyətlərdən doğur Sport24.az
30 avqust 2024, 14:26
- ↺ +

Bədavi Hüseynov: "Bəzən olur ki, böyük uğurlar məğlubiyyətlərdən doğur"

"Qarabağ"ın kapitanı Bədavi Hüseynov Sport24.az-a müsahibə verib. Təcrübəli müdafiəçi həm "Dinamo" ilə oyunlar barədə danışıb, həm də qarşıdakı matçlar haqda fikirlərini bölüşüb. 

 

- "Dinamo" ilə  oyunlar barədə fikirlərin maraqlıdı...

- Bizə qələbə lazım idi. Cavab qarşılaşmasında ilk dəqiqələrdən pressinq tətbiq etdik. Amma yenə də əlimizə düşən fürsətləri boşa verdik. Rəqib isə əksinə, yenə yaxaladığı fürsətlərdən maksimun yararlandı.

 

- İlk qoldan sonra komanda sanki ruhdan düşdü?

- Rəqib gözləmədiyimiz anda cərimə meydançasının xaricindən qapımıza yol tapdı. Bu da təbii ki, vəziyyətimizi bir qədər də çətinləşdirdi.

 

- "Qarabağ"ın müdafiəsi niyə bu qədər zəif təsir bağışladı?

- Var gücümüzlə mübarizə aparıb geridönüş etmək istəyirdik. Alımadı. Müdafiədə də sayıq olmadıq. Rəqibin də haqqını vermək lazımdı. Xorvatlar yaxşı formadadı, heyətlərində səviyyəli oyunçular var. Zaqreb təmsilçisi sıradan komanda deyil, onların yetərincə avrokubok təcrübəsi var. "Dinamo" bizi səhvlər etməyə məcbur etdi. Aldığımız iki məğlubiyyət bizim üçün ciddi dərs olacaq və nöqsanlarımız  üzərində çalışacağıq. İrəlidə bizi Avropa Liqasında çətin sınaq gözləyir.

 

- Premyer Liqanın son matçında "Turan Tovuz"a məğlub olduz…

- Həqiqətən də "Turan Tovuz" xoş sözlərə layiqdi. Kurban Berdıyev çox təcrübəli, iddialı mütəxəssisdi və onun gördüyü işlər bəhrəsini verməkdədi. Fikrimcə, tovuzlular bu il ilk "üçlük" uğrunda mübarizə aparacaqlar.

 

- Ardıcıl 3 məğlubiyyət "Qarabağ" düşərgəsində psixoloji tənəzzülə yol açmayacaq?

- Futbolda hər cür nəticə olur. Bəzən olur ki, böyük uğurlar məğlubiyyətlərdən doğur. Biz peşəkar komandayıq və yıxılıb qalxmağı bacarırıq. Odur ki, son məğlubiyyətlərimizi faciə kimi qəbul olunmamalıdı. Əksinə, komandanın toparlanması üçün bu lazım idi.

 

 ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Oxşar xəbərlər