top
Bədavi Hüseynov: “Kiməsə mesaj göndərmədik, sadəcə... - Müsahibə Sport24.az
03 avqust 2024, 12:05
- ↺ +

Bədavi Hüseynov: “Kiməsə mesaj göndərmədik, sadəcə..." - Müsahibə

Ötən gün XXXIII ölkə çempionatının ilk turunun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan" 4:1 hesabı ilə məğlub etdi. Qarşılaşmadan sonra "süvarilər"in kapitanı Bədavi Hüseynov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Hüseynov həm çempionat, həm də Çempionlar Liqasında (ÇL) keçirdikləri oyunlarla bağlı fikirlərini bölüşüb.


- Öncə Çempionlar Liqasında keçirdiyiniz oyunlarla bağlı fikirlərini bölüşərdin...
- ÇL-ə qələbəylə başlamağımıza sevinirik. Rəqibi yaxşı təhlil etmişdik. Səfərdə qələbə qazansaq da, bu nəticəni unudub cavab matçına daha ciddi hazırlaşdıq və Bakıdakı oyunda böyükhesablı qələbə ilə mərhələ keçdik. Hazırda növbəti mərhələdə rəqibimiz olacaq Bolqarıstan klubunu təhlil etməklə məşğuluq.

 

- "Linkoln"la cavab qarşılaşmasında Juninyo "het-trik"lə yadda qaldı. Ondan belə performans gözləyirdin?  
- Juninyo çox səviyyəli oyunçudu. Onun ötən mövsüm Avropa Liqasında "Bayer"ə qarşı matçda sərgilədiyi oyuna baxmaq kifayətdi. Fikrimcə, o, bir qədər də üzərində çalışıb inkişaf edə bilər. Onun buna potensialı var.

 

- Necə düşünürsən, Juninyonu "milliləşdir"sək yığmaya fayda verə bilər?
- Məndən olsa, bir an belə düşünmədən onu Azərbaycan millisinə cəlb edərəm.
Amma reallıq odur ki, Juninyo legionerdi və ən azı 5 il ölkəmizdə çıxış etməlidi. Təbii ki, "18 nömrə"miz Riçard Almeyda kimi 5 ilini tamamlasa və özü də istəsə onun yığmaya cəlb etmək olar. Amma bu barədə indidən nəsə demək olmaz. Legioner futbolçunu bir ölkənin əsas komandasına qazandırmaq zamana, tələbə, istəyə bağlı məsələdi.

 

- Maksim Medvedev artıq karyerasını başa vurub. İndi kapitan və təcrübəli futbolçu kimi sən onun yerini tutmusan. Maksimin yerini doldura biləcəksən?
- Medvedev "Qarabağ" üçün illərini vermiş  yüksək səviyyədə çıxış etmiş futbolçu idi. Əlbəttə onun yeri görünəcək. Hamımız bir gün butslarımızı mismardan asacağıq. Bu futbolun reallığıdı. Həmçinin əvəzolunmaq futbolçu yoxdu deyimini də unutmamalıyıq. Hazırda klubun yetirmələri də üzə çıxmaqdadı. Onlar çox istəklidi. Həmçinin peşəkar klub olaraq daim inkişaf etməli, çatışmazlığa yol verməməyə çalışmalıyıq.

 

- Yeni mövsümə böyükhesablı qələbəylə başladız. Bunu rəqiblərinizə mesaj kimi qəbul etmək olar?
- ÇL-lə ilə yanaşı, ölkə çempionatına da uğurla başlamaq istəyirdik. Premyer Liqanın açılış matçında vacib qələbə qazandığımıza sevinirəm. Kiməsə mesaj göndərmədik, sadəcə, meydana çıxıb qarşımıza qoyulan tapşırığı yerinə yetirdik.

 

- Yeni futbol ilində "Neftçi" yeni baş məşqçi ilə anlaşıb. Əzəli rəqibiniz çox istəklidi. Çempionluq uğrunda mübarizədə büdrəyəcəyinizdən qorxmursan?

- "Neftçi"dəki dəyişikliklər və həyata keçirdiyi islahatlar göz qabağındadı. Yalnız "ağ-qaralar"ı yox, digər klublarımızın da gücləndiyini deyə bilərəm. "Zirə" ilə "Sabah"ın avrokuboklarda uğurlu çıxışını yaddan çıxarmayaq. Həmçinin "Turan Tovuz"un bu mövsüm istəkli olacağını, rəqiblərə başağrı yaradacağını düşünürəm. Qısası, 2024/25-ci il mövsümündə bizi gərgin, rəqabətli və maraqlı çempionat gözləyir.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Paulo Fonseka: Sportinq Realın hücumçusunun transferini tələb edir

Futbol
Bu gün, 11:25

Zidan ikinci divizion oyunçusunu milli komandaya çağırdı: 19 il sonra

Digər
Bu gün, 11:11

18 dekabrda Gənclər və İdman Nazirliyi 'Üzgüçülük hamı üçün' yarışına start verəcək

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Oxşar xəbərlər