Bədavi Hüseynovun karyerasını bitirmək qərarına gəldiyi iddia edilir.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın kapitanı mövsüm bitən kimi yaşıl meydanlarla sağollaşacağı bildirilir.
Təcrübəli müdafiəçi bu mövsüm əsasən ehtiyatda qalır. Yaşının çoxluğu üzündən rəqabətdə həmkarlarına uduzan Hüseynov özü də vəziyyətin fərqindədir. Bu səbəbdən o, rəhbərliyə vida edəcəyini bildirib.
34 yaşlı milliləşdirilən oyunçu 13 ildir "Qarabağ" forması geyir. 2011-ci ildə "Anji"nin əvəzedici komandasından "Sumqayıt"a gələn Bədavi növbəti mövsümdən ağdamlıların formasını geyir.
Hüseynov karyerasını btirən kimi məşqçiliyə başlayacaq. Onun "Qarabağ"ın əvəzedici komandasına rəhbərlik edən Maksim Medvedevin köməkçisi olacağı gözlənilir.