"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov dizindən zədələnib.
Bunu "Report"a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev deyib.
Klub rəsmisi futbolçunun iki həftə müalicə olunacağını bildirib:
"Dizində ödəm əmələ gəlib, narahatlıq var. Ağrıları olduğu üçün Azərbaycan Kubokunun final matçına da çıxmadı. İki həftə müalicə alacaq".
Qeyd edək ki, AFFA ötən gün B.Hüseynovun zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarıldığını açıqlayıb.