top
Bədavi Hüseynov 2025-ci ilin yekunları, karyerası və Qurban Qurbanovun zarafatı barədə Idman.biz
25 dekabr 2025, 14:42
- ↺ +

Bədavi Hüseynov 2025-ci ilin yekunları, karyerası və Qurban Qurbanovun zarafatı barədə

"Hesab edirəm ki, bu il bizim üçün çox məhsuldar keçdi. Çempionatda çempion olduq, ən nüfuzlu turnirin qrup mərhələsinə yüksəldik və qrupda 7 xal topladıq".

Bunu "Qarabağ"ın kapitanı Bədavi Hüseynov teleqraf.az-a müsahibəsində deyib.

34 yaşlı müdafiəçi müsahibəsində 5 il sonra qol vurmasından, ilin yekunlarından, həmçinin, gələcək karyerası barədə danışıb:

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan çempionatında 5 ildən sonra vurduğunuz qol sizin üçün nə ifadə edir? 2020-ci ildə "Keşlə"yə vurduğunuz qolla bunun fərqi nədədir? Ümumiyyətlə, müdafiəçi kimi qol vurduqda hansı hissləri yaşadınız?

– Mənim üçün, hər bir futbolçu kimi, qol vurmaq xoşdur. Ən vacibi isə odur ki, biz həmin oyun qələbə qazandıq və bu qol komandaya fayda verdi. Mənim üçün komandanın uğuru hər zaman daha önəmlidir. Oyundan bir gün əvvəl baş məşqçi də qeyd etmişdi ki, uzun müddətdir qol vurmuram və zarafatla demişdi: "Sabah səndən qol gözləyirəm".

– "Qarabağ"ın kapitanı kimi 2025-ci ili özünüz üçün necə qiymətləndirirsiniz? Hansı hədəflərə çatdınız, hansılar reallaşmadı?

– Hesab edirəm ki, bu il bizim üçün çox məhsuldar keçdi. Çempionatda çempion olduq, ən nüfuzlu turnirin qrup mərhələsinə yüksəldik və qrupda 7 xal topladıq. Düşünürəm ki, mövsümün əvvəlində bu cür uğuru çox az adam təsəvvür edə bilərdi. Amma arxayınlaşmaq olmaz. Elə oyunlar oldu ki, daha yaxşı və daha diqqətli oynaya bilərdik. Bu müddətdə böyük təcrübə qazandıq və bundan sonra daha da güclü olmalıyıq. Fikrimcə, artıq komandadan daha çox şey gözləniləcək və biz də özümüz bundan daha artığına can atmalıyıq.

– Mətbuatda mövsümün sonunda karyeranızı başa vura biləcəyinizlə bağlı fikirlər səslənir. Bu barədə artıq qərar vermisiniz? Son oyunlarda az forma şansı qazanmağınız bu prosesə təsir göstərə bilər?

– Bu söhbətlərin haradan çıxdığını bilmirəm. Mən hələ karyeramı başa vurmaq istədiyimi açıqlamamışam. Əksinə, özümdə komandaya fayda vermək üçün hələ də kifayət qədər güc hiss edirəm.

– "Qarabağ" 8 il sonra yenidən Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Turnir üçün sifariş edilsəniz də, son matçlarda əsas heyətdə yer almamısınız. Bu, nə ilə bağlıdır? "Ayntraxt" və "Liverpul"la oyunlarda meydana çıxmaq şanslarınızı necə qiymətləndirirsiniz?

– Həm çempionatda, həm də Çempionlar Liqasında uğurla çıxış etmək üçün iki bərabər səviyyəli heyətə malik olmaq çox vacibdir. Kimsə az oynayırsa, bu onun zəif olması və ya buna layiq olmaması demək deyil. Bir çox oyunda məhz sonradan meydana daxil olan futbolçular nəticəni müəyyənləşdiriblər. Bu cür rəqabət bütün futbolçuların inkişafına kömək edir. Mənim üçün komandanın uğuru şəxsi ambisiyalardan hər zaman üstündür. Bu oyunlara kim daha yaxşı hazır olacaqsa, onu da heyətdə görəcəyik.

– Adınız 2025-ci ilin ən yaxşı futbolçusu nominasiyasına namizədlər siyahısında 10-luğa daxil edilmədi. Bu sizi məyus etdimi?

– Xeyr, ümumiyyətlə məyus olmadım. Başa düşürdüm ki, bu mövsüm digərlərinə nisbətən az oynadığım üçün ilk onluqda yer almağa layiq deyildim.

– 2025-ci ilin ən yaxşı futbolçusu olaraq Elvin Cəfərquliyevi, Bəhlul Mustafazadəni, Toral Bayramovu, yoxsa Nəriman Axundzadəni görürsünüz?

– Hər dörd futbolçu həm klubda, həm də millidə yaxşı və stabil mövsüm keçirdi, komandalarına böyük fayda verdilər. Mən daha çox Elvin Cəfərquliyevə və ya Bəhlul Mustafazadəyə üstünlük verərdim. İstərdim ki, uşaqlar başa düşsünlər: hazırda onlar Azərbaycanı beynəlxalq arenada təmsil edirlər və bütün gənclər onlara baxaraq örnək götürür. Onlara üzərlərində daha çox işləməyi və çatdıqları səviyyəni qoruyub saxlamağı arzulayıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Digər
Bu gün, 17:31

Asiya Kuboku təhlükədə: Yaponiya Səudiyyə Ərəbistanına qarşı çıxdı

Digər
Bu gün, 17:28

Fransadakı etiraz aksiyaları üzrən PSJ-nin oyununun vaxtı dəyişdirildi

Digər
Bu gün, 17:27

Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Digər
Bu gün, 17:23

ABŞ nəşri azərbaycanlı gimnastı fərqləndirdi: Simonova DÇ-nin finalına yüksəlmək üçün 0,133 xal çatmadı

Digər
Bu gün, 17:20

PSJ Xviça Kvaratsxeliyanı əvəz edə biləcək futbolçu axtarışına çıxıb

Digər
Bu gün, 17:16

“Bavariya” Harri Keynin “Qızıl top”u qazanması üçün Asiyaya ümid edir

Digər
Bu gün, 17:01

Felipe Santosun transfer iddialarına aydınlıq gətirildi - “Qəbələ”dən İdman.Biz-ə AÇIQLAMA

Digər
Bu gün, 17:00

Kamran Quliyev: “Məncə, 6 xallıq oyun idi"

Digər
Bu gün, 16:47

Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə görüş keçirilib - FOTO

Digər
Bu gün, 16:40

Superkompüter ÇL-in favoritinin adını açıqladı

Digər
Bu gün, 16:31

Zirvə uğrunda beşli mübarizə: PSJ və “Lion” liderlik, “Monako” revanş axtarışında - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 16:22

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsüm başlayır

Futbol
Bu gün, 16:16

“Zirə”nin qapıçısı Aydın Bayramov: “Komandamızın potensialı birinci üçlükdə də mübarizə aparmağa imkan verir”

Futbol
Bu gün, 16:01

Ditmar Hamann: Bakıdakı Sabah qələbəsi Borussiya üçün psixoloji və çempionlar liqası baxımından vacibdir

Oxşar xəbərlər