Almaniyanın "Bayer 04" klubunun hücumçusu Patrik Şik İngiltərə klublarının transfer siyahısında yer alıb.
"Report" "Caught Offside"a istinadən xəbər verir ki, 29 yaşlı çexiyalı futbolçu "Arsenal", "Mançester Yunayted" və "Çelsi"nin hədəfindədir.
Hücumçu bu yay sözügedən klublardan birinə keçə bilər.
Qeyd edək ki, P.Şik cari mövsüm "Bayer 04"ün heyətində meydana çıxdığı 43 oyunda 25 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" oyunçunun dəyərini 27 milyon avro qiymətləndirir.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.