Almaniyanın "Bayer 04" klubu yeni baş məşqçisini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Komanda danimarkalı mütəxəssis Kasper Yulmanna tapşırılıb. O, bu postda Erik ten Haqı əvəzləyib.
Qeyd edək ki, Kasper Yulmann son olaraq Danimarka millisinin baş məşqçisi olub.
"Bayer 04" klubu yeni baş məşqşi Bayer Leverkuzen