"Bavariya" futbolçuların maaşlarına xərclənən vəsaiti azaltmağa qərar verib.
İdman.biz xəbər verir ki, Almaniya klubu yüksək ödənişli üç vingerini satmağı planlaşdırır.
Kinqsli Koman, Leroy Sane və Serj Qnabri ilə bağlı təklifləri nəzərdən keçirən münhenlilər onlardan ən azı biri ilə vidalaşmaq fikrindədirlər. Bu üç oyunçunun ümumi illik maaşı 60 milyon avroya yaxındır. "Bavariya" rəhbərliyi onlardan bir neçəsinin satışı ilə həm qazanc əldə etmək, həm də maaşlarda qənaətə nail olmaq niyyətindədir.
Qeyd edək ki, Bundesliqanın 10 oyununda 26 xal toplayan Münhen klubu yarışın lideridir.
İdman.biz