"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl bir gün "Real"da oynamaq istədiyini etiraf edib. Sport24.az xəbər verir ki, 17 yaşlı futbolçu bu barədə "Sky Sport"a açıqlama verib:
"Ümid edirəm ki, bu, aramızda qalacaq. "Bavariya" çox böyük klubdur. Orada oynamaq bir xəyaldır. Amma nə vaxtsa mütləq "Real"a keçmək istəyirəm. Bu, mənim xəyalımdakı klubdur, amma gəlin bunu aramızda saxlayaq".
Qeyd edək ki, Karl bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.