Almaniyanın "Bavariya" klubunun futbolçusu Aleksandr Pavlaviç karyerasını İngiltərədə davam etdirə bilər.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Premyer Liqa təmsilçiləri oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Pavloviç Münhen təmsilçisinin yetirməsidir. O, cari mövsüm meydana çıxdığı 7 matçda 1 qola imza atıb.