"Bavariya"da Manuel Noyerin cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağı gözlənilir.
İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, klubda təcrübəli qapıçı ilə vida müsahibələrinin artıq planlaşdırıldığı bildirilir.
Bununla belə, münhenlilər zədəsini sağaltdıqdan sonra Noyerin yenidən əsas qapıçı kimi çıxış etməsini nəzərdə tuturlar.
Almaniyalı qolkiper ötən həftəsonu "Maynts" üzərində qazanılan 2:1 hesablı qələbə zamanı zədələnib. Onun sağ ayağındakı vətər qismən yırtılıb. Noyerin təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, 2027-ci ilin martında 41 yaşı tamam olacaq qapıçı 2011-ci ildə "Şalke"dən "Bavariya"ya keçib.