"Bavariya" cari mövsümdə ardıcıl 14 oyunda qələbə qazanmaqla "böyük beşliy"i təmsil edən komandalar üçün yeni bir rekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, XXI əsrdə Avropada bunu bacaran olmamışdı.
Almaniya nəhəngi dünən ölkə kubokunun 1/32 final mərhələsində "Köln"ü 4-1 hesabı ilə məğlub etdi.
Qeyd edək ki, əvvəlki rekord "Milan"a məxsus idi. İtaliya klubu 1992/93 mövsümündə ardıcıl 13 qələbə qazanmışdı.