"Bayer Leverkuzen"in 30 yaşlı ispan müdafiəçisi Alexandro Qrimaldo "Bavariya" və "Barselona"nın maraq dairəsinə düşüb.
İdman.Biz bu barədə "Marca"ya istinadən nın məlumat verir.
Leverkuzenlilərin oyunçunu buraxmaq istəmədiyi bildirilir, lakin Qrimaldo özü İspaniyaya qayıtmağı üstün tutur. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qrimaldo 2023-cü ilin yayında "Benfika"dan "Bayer Leverkuzen"ə 25 milyon avroya keçib. Bu mövsüm o, Almaniya klubunda bütün yarışlarda 15 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. O, həmçinin İspaniya millisində 11 oyun keçirib. Transfermarkt onun transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir.