Almaniyanın "Bavariya" klubu qapıçı Sven Ulrayxla müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qapıçı Münhen klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, S.Ulrayx 2015-ci ildən Bundesliqa klubunda çıxış edir. Ötən mövsüm o, meydana çıxdığı 2 oyunda 2 qol buraxıb.