"Bavariya"nın idman direktoru Maks Eberl bu yaxınlarda "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehin agenti Qordon Stiç ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" jurnalisti Florian Plettenberq özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin sözlərinə görə, Münhen klubu "qartallar"la müqaviləsi 2026-cı ilin yayında başa çatan 25 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün mübarizəyə qoşulub. "Real" və "Liverpul" da müdafiəçini "rənglərinə bağlamaq" istəyir.
Qeyd edək ki, Qeh ilə yanaşı Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbek də "Bavariya"nın əsas transfer hədəfidir.