UEFA Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunun "Pafos"(Kipr) – "Bavariya" (Almaniya) oyunu yekunlaşıb.
İdman.biz bildirir ki, qarşılaşmada Münhen komandası 5:1 hesabı ilə qalib gəlib.
15-ci dəqiqədə Harri Keyn qonaqları önə çıxarıb, 20-ci dəqiqədə Rafael Gerreyro dubl edib, 31-ci dəqiqədə isə Nikolas Cekson qonaqların 3-cü qolunu vurub. Keyn 34-cü dəqiqədə dubl edib.
Mislav Orşiçə 45-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. "Bavariya"nın 5-ci qolunu 69-cu dəqiqədə Mixael Olise vurub.
Bu oyundan sonra "Pafos" Çempionlar Liqasının ümumi cədvəlində bir xalla sonuncu pillədə qərarlaşıb, "Bavariya" isə altı xalla liderlər sırasındadır.
Növbəti mərhələdə "Pafos" oktyabrın 21-də səfərdə "Kayrat"la, "Bavariya" isə oktyabrın 22-də "Brügge"nin qonağı olacaq.