"Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Eze karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı ingilislə "Bavariya" maraqlanır. Münhen klubu "Bayer"in yarımmüdafiəçisi Florian Virtsi ala bilmədiyi üçün bu futbolçunun transferini düşünür.
Qeyd edək ki, Eze bu mövsüm 42 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.