Almaniyanın "Bavariya" klubu iki futbolçu ilə maraqlanır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunlar İngiltərə təmsilçisi "Kristal Pelas"da çıxış edən Mark Qehi və Almaniyanın "Leyptsiq" komandasından Kastello Lukebadır.
Həmin müdafiəçilərin mümkün transferi bu mövqedə çıxış edən oyunçuların cari mövsümdəki performansından və 2026-cı ilin yayında Kim Min Jenin satışından asılı olacaq.
Qeyd edək ki, Mark Qehinin klubu ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Kastello Lukebanın isə Bundesliqa təmsilçisi ilə 2029-cu ilin iyununadək sözləşməsi var.
Bavariya klubu transfer Müdafiəçi