Hücumçu Harri Keynin "Bavariya" futbol klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ancaq bu seçim 31 yanvar 2025-ci il tarixinədək aktivləşdirilə bilər.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Münhen klubunun planı geri çəkilmə bəndinin bitməsini gözləmək və sonra Keyn ilə yeni müqavilə ilə bağlı danışıqları fəallaşdırmaqdır. "Bavariya" ümid edir ki, hücumçu İngiltərəyə qayıtmaqda maraqlı deyil. Keyn komandanın ildə 24 milyon avro maaş alan ən yüksək qazanclı oyunçusudur.
Almaniya klubu hücumçunun maaşını artırmaq istəmir, "Bavariya" xərcləri azaltmağa çalışır. Bundan əlavə, 2027-ci ildə, müqavilənin sonunda Keynin 34 yaşı olacaq.