Çempionlar Liqasının 3-cü turunun "Bavariya" – "Brügge" oyununa yekun vurulub.
İdman.Biz bildirir ki, qarşılaşmda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.
Beşinci dəqiqədə "Bavariya"nın yarımmüdafiəçisi Lenart Karl ilk qolu vurub. 14-cü dəqiqədə hücumçu Harri Keyn fərqi iki topa çatdırıb. 34-cü dəqiqədə yarımmüdafiəçi Luis Diaz "Bavariya"nın 3-cü qolunu vurub. 79-cu dəqiqədə "Bavariya"nın hücumçusu Nikolas Cekson hesabı tamamlayıb.
3-cü oyun günündən sonra "Bavariya" 9 xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində ikinci yerdədir. "Brügge" üç xal qazanaraq 20-ci yerdədir.