"Bavariya" qapıçı Sven Ulrayxla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qolkiperin Münhen klubu ilə yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Ulrayx 2015-ci ildən "Bavariya"nın formasını geyinir. Qolkiper ötən mövsüm 2 matçda 2 qol buraxıb.