"Qəbələyə və üç xala layiq idik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Bassala Sambu deyib.
27 yaşlı hücumçu "Turan Tovuz"la heç-heçə etdikləri Misli Premyer Liqasının XXVI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Topa daha çox sahib olurduq. Rəqibin qapısında təhlükəli epizodlar da yaradırdıq. Onların hücum yaratmasına da imkan vermirdik. Qarşılaşma ərzində üstünlüyün bizdə olmasına çalışırdıq".
Forvard fərqlənməsi ilə bağlı danışıb:
"Qol vurduğum üçün sevinirəm. Amma üzülürəm ki, matçın sonlarında konsentrasiya çatışmazlığı oldu. Üç xal qazana bilmədiyimiz üçün məyusuq".