Türkiyə çempionatının 10-cu turunda "Başakşehir" və "Kocaelispor" komandaları arasında keçirilən oyun xoşagəlməz hadisə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, 9-cu dəqiqədə hücumçu Serdar Dursun Jerom Opoku ilə havada toqquşandan sonra başı yarılıb.

Tibbi heyət onun yarasına meydanda tikişlər vurub. Zədəyə baxmayaraq, Dursun oyuna davam edib, lakin davamlı qanaxma səbəbindən formasını üç dəfə dəyişdirməli olub.

Opoku da toqquşmadan sonra oyunu davam etdirməyə çalışıb, lakin başgicəllənmə hiss edib və 22-ci dəqiqədə əvəzlənib.

Oyun 1:0 hesabı ilə "Başakşehir"in qələbəsi ilə qurtarıb.