Moskva ÇSKA-nın yarımmüdafiəçisi Abbosbek Fayzullaev karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Ertan Süzün məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "Başakşehir" özbəkistanlı futbolçunun keçidində maraqlıdır.
Qeyd edək ki, 21 yaşlı Fayzullaev ötən mövsüm Rusiya klubunun heyətində 39 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 8 milyon avro qiymətləndirir.