Niderland millisinin sabiq hücumçusu Bas Dost peşəkar futboldan ayrılmağa qərar verib. Sport24.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə "Algemeen Dagblad" nəşrinə müsahibəsində məlumat verib.
Dostun sözlərinə görə, səhhətində yaranan problemlərə görə həyatını riskə atmaq istəmir və bu üzdən bu qərarı verib.
Qeyd edək ki, Dost karyerası ərzində "NEC Utrecht", "Brugge", Frankfurt "Ayntraxt"ı, "Sportinq", "Volfsburq", "Herenven", "Herakles" və "Emmen" komandalarında çıxış edib. "Brügge" ilə Belçika çempionluğunu və Belçika Superkubokunu, "Sportinq"lə Portuqaliya kubokunu və iki Portuqaliya Liqa kubokunu, "Volfsburq"la isə Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb.