"Barselona" yeni mövsümün planlarını indidən qurmağa başlayıb.
İdman.biz xəbər verir ki, idman direktoru Deko komandanı tərk edəcək futbolçuları müəyyənləşdirib.
Kataloniyalıların yayda müdafiəçilər Ronald Arauxo və Hektor Fort, yarımmüdafiəçilər Fermin Lopes, Qavi, Pablo Torres gələn təklifləri dəyərləndirəcələr. Frenki de Yonq yeni müqavilə bağlamayacağı təqdirdə onun da satışı mümkündür. "Barselona"nın hücumçular Pau Viktor və Ansi Fati ilə da yollarını ayırması gözlənilir.
Qeyd edək ki, "Barselona" mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi "Real"ı 7 xal qabaqlayır. Koamnda iki gün sonra çemponluğu rəsmiləşdirə bilər.
İdman.biz