top
Barselonanın transfer prioritetləri: Hansı futbolçular hədəfdədir? Idman.biz
29 noyabr 2025, 10:50
- ↺ +

"Barselona"nın transfer prioritetləri: Hansı futbolçular hədəfdədir?

"Barselona" yay transfer pəncərəsi üçün prioritetlərini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Baş məşqçi Hans-Diter Flik, idman direktoru Deku və komitənin digər üzvləri komandanı gücləndirmək üçün ilk növbədə solaxay mərkəz müdafiəçisi, cinah hücumçusu və mərkəz hücumçusu axtarırlar.

Zərurət yaranacağı təqdirdə müdafiəçinin transferi 2026-cı ilin qışında da baş tuta bilər.

Bunun üçün klub maliyyə feyr-pley qaydalarına əməl etməlidir. Namizədlər arasında Qonsalu İnasiu ("Sportinq"), Murilo ("Nottingem Forest"), Niko Şlotterbek ("Borussiya" Dortmund), Luis Benedetti ("Palmeiras") və Mark Qehi ("Kristal Pelas") yer alır.

Mərkəz hücumçusu da prioritet mövqedir. Çünki Robert Levandovskinin müqaviləsi başa çatır. Klubun diqqətində Xulian Alvares ("Atletiko"), Harri Keyn ("Bavariya") və Erlinq Haland ("Mançester Siti") var.

Bundan başqa, "Barselona" cinahları gücləndirməyi planlaşdırır. Bu, Rafinyanın Səudiyyə Ərəbistanına mümkün keçidi ilə bağlıdır. Namizədlər arasında "Mançester Yunayted"in futbolçusu Markus Raşford var. Onun təxmini qiymətinin 30 milyon avro olduğu bildirilir. Lakin yekun qərar mövsümün sonuna qədər göstərəcəyi oyundan asılı olacaq. Klub həmçinin "Milan"dan Rafael Leau ilə də maraqlanır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Oxşar xəbərlər