İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxtakarlıqda ittiham olunur.
"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, şəhər məhkəməsi funksioneri ifadə vermək üçün çağırıb.
İstintaq Kataloniya təmsilçisinin hazırkı prezidenti Xuan Laportanın bəyanatından sonra başlayıb. Kluba dəyən ziyan 30 milyon avro qiymətləndirilir.
İddialara görə, 2019-cu ildə "Zenit"ə satılan Malkom və eyni ildə "Atletiko"dan heyətə cəl olunan Antuan Qrizmannın transferi zamanı saxtakarlıq edilib.
Saxtakarlıq ittiham "Barselona" klubu Xosep Bartomeu