"Barselona"nın doğma arenası "Spotify Camp Nou"ya qayıtması yubanır. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
2023-cü ilin yayından təmirə bağlanan arenanın 2024-cü ilin sonuna qədər hazır olacağı deyilirdi, lakin işlər hələ yekunlaşmayıb.
"Barselona"nın indiki məqamda 2025-ci ilin yanvarında doğma arenasına qayıtması da sual altındadır. Stadionun açılışı fevrala planlaşdırılır.