"Barselona"nın keçmiş prezidenti Joan Qaspar Daniel Karvahalın "blauqrana"nın hücumçusu Lamin Yamal ilə mübahisəsindən sonra "Real Madrid"in kapitanı ünvanına sərt tənqidlər yağdırıb.
İdman.Biz bildirir ki, Joan Qaspar 2000-2003-cü illərdə Kataloniya klubunun prezidenti olub.
"Karvahal kimdir axı? O, əla oyunçu idi, amma artıq onun dövrü qurtarıb. Əgər onun haqqında heç bir şərh verilməyibsə, niyə Lamin ona zəng etsin?", - Qaspar deyib.
Daha əvvəl Yamal Madrid klubunu fırıldaqçılıqda və şikayət etməkdə günahlandırmışdı. "Real Madrid"in qələbəsindən sonra Karvahal "Barselona" oyunçusuna açıq bir jest edərək onu susmağa çağırmışdı. Oyunçular sosial mediada bir-birini izləməyi dayandırıblar.