"Barselona" futbolçusu Ansu Fatinin məşq zamanı sağ budunun ikibaşlı əzələsi zədələnib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ispaniyalı hücumçunun bərpası üçün 4 həftə vaxt lazım olacaq. O, La Liqada "Selta", "Las-Palmas" və "Betis"ə, həmçinin Çempionlar Liqasında "Brest" və Dortmund "Borussiya"sına qarşı oyunları buraxacaq.
Qeyd edək ki, Fati sentyabrın ortasında yayda aldığı zədədən sonra məşqlərə geri dönmüşdü.
İdman.biz