"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo mümkün zədələrin qarşısını almaq üçün xüsusi genetik analizdən keçib. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bu araşdırma sayəsində komandanın məşqçilər korpusu futbolçu üçün ayrıca məşq planı hazırlaya biləcək.
Bildirilir ki, "Barselona" rəhbərliyi komandanın digər oyunçularının da genetik analizdən keçməsini istəyir. Əvvəllər bu testdən keçmək üçün Amerikanın Baltimor şəhərindəki laboratoriyalara üz tutamaq lazım gəlirdisə, indi İspaniyada da bu mümkündü.