İspaniyanın "Barselona" futbol klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərin başa çatacağı tarix bəlli olub. Sport24.az Oxu.Az-a istinadən xəbər verir ki, "ASK Arena" oktyabr ayının sonları - noyabr ayının əvvəllərində təhvil veriləcək.
Qeyd edək ki, stadionun yenidənqurma işlərinə iyulun 9-da start verilib.