"Barselona" La Liqanın XIII turunda "Real Sosyedad"a 0:1 hesabı ilə uduzub.
İdman.biz xəbər verir ki, Hans Diter Flikin komandası bu qarşılaşmada çərçivəyə bir zərbə də endirə bilməyib.
Bu, "Barselona"nın La Liqa matçlarında son 10 ildə ilk belə uğursuzluğudur. Sonuncu belə hadisə 2014-cü ilin sentyabrında yaşanıb. Həmin vaxt "Malaqa"nın qapısına zərbə vurulmayıb.
"Barselona" həm də 8 aydan sonra meydanı qolsuz tərk edib. "Atletik"lə martdakı qolsuz heç-heçədən sonra kataloniyalılar hər görüşdə rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, 13 oyunda 33 xal toplayan barselonalılar turnir cədvəlinin lideridir.
İdman.biz