"Barselona" yapon futbolçu ilə maraqlanır. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin skautları Yaponiyanın U-17 yığma komandasının hücumçusu Minato Yoşidanı izləyir.
İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transfer etməyi planlaşdırır.
Hazırda "Kaşima Antlers"in formasını geyinən Yoşida özü də Avropada oynamaqda maraqlıdır.
Yaponiyada U-18 liqasında 14 matçda 10 qol, 2 asistlə oynayan futbolçunun "Kaşima Anlers"lə müqavilə müddəti 2028-ci ilə qədərdir.