"Barselona" rəhbərliyi gənc hücumçu Lamin Yamalın "Real Madrid" barədə səsləndirdiyi fikirləri uğursuz və həddi aşan açıqlama kimi qiymətləndirib.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun sözləri "El-Klasiko" öncəsi böyük rezonans doğurub.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Yamalın bu açıqlamaları ilə oyun ətrafında gərginliyi artırdığını və diqqəti futbolun özündən yayındırdığını düşünür. Bununla belə, "Barselona" onun istedadını yüksək qiymətləndirir, lakin gənc oyunçunun mediada çıxışlarını və ictimai bəyanatlarını məhdudlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Yamal "Real"ı "Kings League"də çıxış edən "Porsinos" komandası ilə müqayisə edərək bildirmişdi ki, "kral klubu" daim fırıldaq edir və şikayətlənirlər.
Xatırladaq ki, "Real" – "Barselona" oyunu bu gün Bakı vaxtı ilə saat 19:15-də "Santyaqo Bernabeu" stadionunda start götürəcək.