"Yuventus" və ABŞ milli komandasının futbolçusu Veston Makkenni karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Barselona"nın maraq dairəsindədir.
Kataloniya təmsilçisi mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.
Makkenni özü də, komandasını dəyişməyə müsbət yanaşır.
"Şalke" və "Lids" klublarında da oynamış futbolçu 2020-ci ildən "Yuventus"un formasını geyinir.