"Barselona" İspaniya futbol çempionatının yeddinci turunda evdə "Real Sociedad"ı 2:1 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, qaliblər heyətində qolları Jül Kunde (43-cü dəqiqə) və Robert Levandovski (59) vurublar. "Real Sociedad"ın heyətində isə Alvaro Odriosola (31) fərqlənib.
"Barselona" qələbə sayəsində İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. Hans-Diter Flikin yetirmələri 19 xal toplayaraq ikinci yerdəki "Real"ı bir xalla qabaqlayıblar. "Real Sociedad" 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Növbəti turda "Barselona" 5 oktyabrda səfərdə "Sevilya" ilə qarşılaşacaq, "Real Sociedad" isə həmin gün "Rayo Valyekano"nu qəbul edəcək.
"Real Sociedad" "Barselona" klubu Çempionat