İspaniyanın "Barselona" klubu "Sportinq"in (Portuqaliya) müdafiəçisi Qonsalu İnasiunu transfer etmək niyyətindədir.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, Lissabon təmsilçisi bunu nəzərə alaraq 24 yaşlı portuqaliyalı futbolçu ilə müqavilənin uzadılması barədə danışıqlara başlayıb.
Klubla futbolçu arasında yeni, 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir. Həmçinin, Portuqaliya komandası futbolçuya 60-80 milyon avro arasında qiymət müəyyənləşdirib.
Qeyd edək ki, Q.İnasiu 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Futbol "Barselona" klubu "Sportinq"