"Barselona"nın idman direktoru Deko klubun qış transfer bazarında fəal iştirak etmək niyyətində olmadığını bildirib. Sport24.az xəbər verir ki, funksioner bununla bağlı "Cadena Ser" portalına açıqlama verib:
"Yay "transfer pəncərəsi"ndə istədiyimiz və edə biləcəyimiz hər şeyi etdik. Bir çox oyunçuya sıraya dönmək üçün vaxt lazımdır. Qışda düşərgəmiz yeni futbolçular qatmaq kimi planımız yoxdur".
Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatında 9 oyundan sonra 22 xalla ikinci pillədə qərarlaşıb. Zirvədə isə 24 xalla "Real" qərar tutub. Növbəti turda bu komandalar arasında "El Klassiko" baş tutacaq.