İspaniyanın "Barselona" klubu "Atletik"də çıxış edən Niko Uilyamsı transfer etməyə çalışmayıb.
"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin idman direktoru Deku "Mundo Deportivo"ya açıqlama verib.
O, heç vaxt bu oyunçu ilə müqavilə bağlamağa çalışmadıqlarını söyləyib:
"Onun agenti dəfələrlə bizə müraciət etdi. Biz ona zəng etməmişik. "Atletik" məsələni agentdən soruşmalıdır. Hətta "Barselona" bu mövqeyə oyunçu axtarmayıb".
Niko Uilyams transfer "Barselona" "Atletik"