İspaniyanın "Barselona" klubu futbolçusu Mark Bernalla müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Bernal cari mövsüm La Liqada iki matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Barselona klubu Müqavilə sözləşmə Mark Bernal