İspaniya təmsilçisi "Barselona" yayda qapıçısı İnyaki Penanı satmaq niyyətindədir.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırda iki klub qolkiperi transfer etmək üçün real maraq göstərir.
"Selta" (İspaniya) və "Qalatasaray" (Türkiyə) 26 yaşlı "əlcək sahibi"nin xidmətində maraqlıdır.
Penanın özü isə ölkəsində qalmağı üstün sayır. Buna görə də onun "Selta" variantını seçəcəyi gözlənilir.