top
Barselona Espanyolu məğlub etdi, Vilyarreal Elçedən üstün oldu, Osasuna və Atletik Bilbao heç-heçə etdi, Selta Valensiyanı darmadağın etdi - YENİLƏNİB + VİDEO Idman.biz
04 yanvar 2026, 02:06
- ↺ +

"Barselona" "Espanyol"u məğlub etdi, "Vilyarreal" "Elçe"dən üstün oldu, "Osasuna" və "Atletik Bilbao" heç-heçə etdi, "Selta" "Valensiya"nı darmadağın etdi - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 18-ci turunun "Espanyol" və "Barselona" arasında keçirilən oyunu başa çatıb. Komandalar Barselonadakı "Stage Front" stadionunda qarşılaşıblar.

İdman.Biz bildirir ki, qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun açılış qolunu 86-cı dəqiqədə qonaq yarımmüdafiəçi Daniel Olmo vurub. Robert Levandovski 90-cı dəqiqədə "blauqrana"nın üstünlüyünü ikiqat artıraraq yekun hesabı təsdiqləyib.

19 La Liqa oyunundan sonra "Barselona" 49 xalla turnir cədvəlinə başçılıq edir. "Espanyol" 18 oyundan sonra 33 xalla beşinci yerdədir.

23:59

İspaniya La Liqasının 18-ci turunun "Elçe" və "Vilyarreal" komandaları arasında keçirilən oyun başa çatıb.

Komandalar "Manuel Martinez Valero" stadionunda (Elçe) oynayıblar. Qonaq komanda 3:1 hesablı qələbəni qeyd edib.

"Vilyarreal"ın hücumçusu Alberto Moleiro oyunun ilk qolunu yeddinci dəqiqədə vurub. 14-cü dəqiqədə hücumçu Jorj Mikautadze qonaqların üstünlüyünü ikiqat artırıb. "Elçe"nin yarımmüdafiəçisi Martim Neto 30-cu dəqiqədə fərqi azaldıb. 83-cü dəqiqədə müdafiəçi Alfonso Pedrasa ev sahibi komandanın üçüncü qolunu vuraraq hesabı 3:1 edib.

İspaniya liqasında 17 oyundan sonra "Vilyarreal"ın 38 xalı var və turnir cədvəlində üçüncü yerdədir. "Elçe"nin 18 oyundan sonra 22 xalı var və doqquzuncu yerdədir.

21:19

İspaniya La Liqasının 18-ci turunda "Osasuna" və "Atletik Bilbao" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, Pamplona şəhərindəki "El Sadar" stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ruben Qarsiya matçın ilk qolunu 34-cü dəqiqədə vurub. Qonaqların hücumçusu Qorka Quruzeta 72-ci dəqiqədə hesabı bərabərləşdirib.

İspaniya liqasında 18 oyundan sonra "Atletik Bilbao" 24 xalla turnir cədvəlində səkkizinci yerdədir. "Osasuna" isə 19 xalla 12-ci yerdədir.

19:23

İspaniya çempionatının 18-ci turunda "Selta Viqo" doğma meydançada "Valensiya"nı 4:1 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, 33-cü dəqiqədə Borxa İqlesias penaltidən dəqiq zərbə endirərək ev sahiblərini irəli çıxarıb, 59-cu dəqiqədə isə İqlesias fərqi artırıb. Qonaqlardan Pepelu 70-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb. 83-cü dəqiqədə Yunas El Abdellaoui "Selta"nın üçüncü qolunu vurub, artırılmış vaxtda isə Uqo Alvares yekun hesabı müəyyən edib.

"Selta Viqo" La Liqa turnir cədvəlində 26 xalla yeddinci yerdədir. "Valensiya" (16 xal) isə 17-ci yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Bu gün, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Bu gün, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Bu gün, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Bu gün, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Oxşar xəbərlər