"Barselona" La Liqanın 10-cu turunda "Real"la matça itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə "Diaio Sport" məlumat yayıb.
Kataloniya təmsilçisinin zədəsini yeni sağaldan oyunçusu Rafinyanın "El-Klassiko"nu buraxacağı dəqiqləşib.
O, komandanın bugünkü məşqində də iştirak etməyib. 28 yaşlı hücumçu məşq başlamamış toplanışı tərk edib.
Bundan əlavə, "Barselona"nın fransalı müdafiəçisi Jül Kounde ardıcıl ikinci gündür ki, idman zalında fərdi məşq edir. Onun qarşıdakı matçda iştirakı şübhə altındadır.
Qeyd edək ki, "Barselona" 26 oktyabrda "Real"ın qonağı olacaq.