UEFA "Barselona"nın Çempionlar Liqasının oyunları üçün "Spotify Camp Nou"ya qayıtmasına icazə verib.
Bu barədə İdman.biz RAC1-ə istinadən xəbər verir.
Kataloniyalıların PSJ ilə ilk oyunu bu stadionda keçirilməsə belə, onların turnirdə növbəti ev oyunlarına artıq yaşıl işıq yandırılıb.
Qeyd edilir ki, "Barselona" ilə bağlı məsələdə UEFA klubun vəziyyətini "xüsusi hal" hesab edərək, istisna edib.
İdman.biz