İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Arsenal"da çıxış edən Tomas Partini transfer etmək istəyir.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
İspaniya çempionu qanalı oyunçunu pulsuz heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Partinin London klubu ilə müqaviləsinin müddəti iyunun sonunda bitir. O, ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.