I Liqada mübarizə aparan "Baku Sporting" yeni mövsümün hazırlıqlarına davam edir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buzovna təmsilçisi hücumçusu ilə müqavilənin müddətini uzadıb.
İlham Allahverdiyevlə yeni mövsümdə də komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu ilə sözləşmə 2026-cı ilin yayına kimi artırılıb.