Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.
Oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
17 oktyabr
13:00. Azərbaycan – Belçika
15:00. İsrail – Ukrayna
17:00. Niderland – Belçika
18 oktyabr
11:00. Ukrayna – Niderland
13:00. Azərbaycan – İsrail
15:00. Ukrayna – Belçika
17:00. İsrail – Niderland
19 oktyabr
11:00. Azərbaycan – Niderland
15:00. Belçika – İsrail
17:00. Azərbaycan - Ukrayna
Qeyd edək ki, oyunlar "Bayıl Arena"da keçiriləcək.